20:21
12°C
Bakı
Kəlbəcər Şəhəri Günü konsert proqramı və atəşfəşanlıqla qeyd olunub.
Moderator.az xəbər verir ki, gün ərzində təqdim olunan tamaşa və sərgilərin ardınca incəsənət xadimlərinin iştirakı ilə musiqi kompozisiyası nümayiş edilib.
Proqramda təqdim olunan bəstəkar və xalq, eləcə də aşıq mahnıları gecəyə xüsusi rəng qatıb.
Konsertin yekununda qələbənin simvolu kimi Kəlbəcər dağlarının zirvəsində üç tonqal qalanıb və atəşfəşanlıq nümayiş olunub.