20:24
12°C
Bakı
İpoteka və Kredit Zəmanət Fondu "Improtex Motors" şirkətindən dörd avtomobil alacaq.
Moderator.az xəbər verir ki, 360 min manat məbləğində olan satınalma müqaviləsi noyabrın 24-də tərəflər arasında bağlanılıb.
Şərtlərə görə, fondun alacağı avtomobillərin üçü komfort, biri isə biznes sinfinə daxil olacaq. "Improtex Motors" MMC 10 iyul 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 5 325 manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsi, ev 33-də yerləşir.
MMC-nin qanuni təmsilçisi sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovdur.