11 nömrəli İnteqrasiya təlimli internat məktəbində nöqsanlar aşkarlandı
Cəmiyyət
298
17:47, Bu gün

11 nömrəli İnteqrasiya təlimli internat məktəbində nöqsanlar aşkarlandı

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Milli Preventiv Mexanizm və Müstəqil Monitorinq Mexanizmi fəaliyyəti çərçivəsində 11 nömrəli İnteqrasiya təlimli internat məktəbinə başçəkmə həyata keçirilib.

Moderator.az xəbər verir ki, bu barədə Ombudsman Aparatının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, başçəkmənin keçirilməsində məqsəd müəssisədə saxlanılan uşaqlarla rəftar və onların hüquqlarının təmini məsələlərinin, yaradılmış şəraitin araşdırılması, göstərilən xidmətlərin keyfiyyəti və hüquqi tələblərə uyğunluq vəziyyətinin öyrənilməsi olub.

Başçəkmə zamanı müəssisədə həkim ştatının mövcudluğuna baxmayaraq, həmin vəzifə üzrə xidmətin təşkil edilmədiyi müəyyən olunub. Bununla yanaşı, uşaqların istifadə etdiyi məişət əşyalarının yararlılıq vəziyyətinin qənaətbəxş olmadığı və tələblərə cavab vermədiyi aşkarlanıb, onların yenilənməsi istiqamətində tədbirlərin görülməsi tövsiyə edilib.

Eyni zamanda, müəssisə sakinləri ilə fərdi qaydada söhbətlər aparılıb, onların mövcud şərait və göstərilən xidmətlərin keyfiyyəti ilə bağlı fikirləri öyrənilib.

Link kopyalandı!
Son xəbərlər