Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Cəmiyyət
280
17:36, Bu gün

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq

"Qaz İxrac" İdarəsi tərəfindən yeni çəkilmiş kəmərin mövcud şəbəkəyə qoşulması ilə bağlı noyabrın 26-da saat 9:00-dan işlər başa çatanadək "Baş Ələt" ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Moderator.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, əmir işləri aparılan müddətdə Qaradağ rayonu, Ələt qəsəbəsinin, Kötəl və Şıxlar yaşayış massivlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Link kopyalandı!
Son xəbərlər