Ələt azad iqtisadi zonası üçün 1453 hektar torpaq sahəsi alınacaq
Cəmiyyət
131
16:37, Bu gün

Ələt azad iqtisadi zonası üçün 1453 hektar torpaq sahəsi alınacaq

Ələt azad iqtisadi zonası üçün yeni torpaq sahəsi alınacaq.

Moderator.az-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmana əsasən, Nazirlər Kabineti Bakı şəhər Qaradağ rayonu Ələt qəsəbəsinin inzibati ərazisində kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid, dövlət mülkiyyətində olan ərazidən Ələt azad iqtisadi zonasına ayrılması nəzərdə tutulan 1453,09 hektar torpaq sahəsinin “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunun tələblərinə uyğun alınması istiqamətində zəruri tədbirlər görməlidir.

Link kopyalandı!
Son xəbərlər