Sabah Sumqayıtın bir hissəsində qaz olmayacaq
Cəmiyyət
303
13:59, Bu gün

Sabah Sumqayıtın bir hissəsində qaz olmayacaq

Sabah Sumqayıt şəhərinin bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə olacaq.
 
Moderator.az xəbər verir ki, "Azəriqaz" İB Sumqayıt QİS-dən verilən məlumata görə, balans qovşağının mövcud şəbəkəyə qoşulması ilə əlaqədar noyabrın 26-da Sumqayıt şəhəri Çerkassi küçəsi 50-ci məhəllə ünvanında qaz təchizatında məhdudiyyətlər tətbiq olunacaq.
 
Görüləcək işlərlə bağlı sabah saat 10:00-dan etibarən, həmin ərazidə yaşayan 600 abonentin qaz təchizatı dayandırılacaq.
 
Qazın verilişi işlər yekunlaşdıqdan sonra bərpa ediləcək.
 
Link kopyalandı!
Son xəbərlər