Bu şəxslərə leytenant hərbi rütbəsi veriləcək
Cəmiyyət
338
13:27, Bu gün

Bu şəxslərə leytenant hərbi rütbəsi veriləcək

Müddətli həqiqi hərbi xidmət dövründə zabit hazırlığı kursunu müvəffəqiyyətlə bitirərək zabitlərin həqiqi hərbi xidmətinə könüllü daxil olan ali təhsilli müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına leytenant hərbi rütbəsi veriləcək.
 
Moderator.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclaslında müzakirəyə çıxarılan “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara təklif edilən dəyişiklikdə əksini tapıb.
 
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Link kopyalandı!
Son xəbərlər