AZAL-ın təyyarə qəzasının təhqiqatı ilə bağlı məlumatlar dekabrda açıqlanacaq
Cəmiyyət
119
11:20, Bu gün

AZAL-ın təyyarə qəzasının təhqiqatı ilə bağlı məlumatlar dekabrda açıqlanacaq

Qazaxıstan hakimiyyəti 2025-ci ilin sonuna qədər Aktau hava limanı yaxınlığında qəzaya uğrayan Azərbaycan Hava Yolları (AZAL) təyyarəsinin təhqiqatı ilə bağlı məlumat verəcək.
 
Moderator.az xəbər verir ki, bu barədə Qazaxıstanın nəqliyyat nazirinin müavini Maksat Kaliakparov jurnalistlərlə keçirdiyi brifinqdə məlumat verib. 
 
Onun sözlərinə görə, qəza ilə bağlı araşdırmalar davam edir, kompleks məhkəmə-tibbi ekspertizaları aparılır. Kaliakparov qeyd edib ki, iş mürəkkəbdir. Nazir müavininin sözlərinə görə, araşdırma başa çatdıqdan sonra, əvvəlki kimi, tam hesabat da aidiyyəti tərəflərə təqdim olunacaq. Lakin o, konkret tarix deyə bilməyib.
 
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi ötən il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 37-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan və 3-ü Qırğızıstan vətəndaşı olmaqla 62 sərnişin, həmçinin 5 nəfər ekipaj üzvü olub. Qəza nəticəsində 38 nəfər həlak olub, üç uşaq daxil olmaqla 29 nəfər sağ qalıb.
 
Link kopyalandı!
Son xəbərlər