İcra başçısı köməkçisini də Bakıya gətirdi - YENİLƏNİB
Cəmiyyət
366
13:00, Bu gün

İcra başçısı köməkçisini də Bakıya gətirdi - YENİLƏNİB

Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənli köməkçisini işdən çıxarıb.
 
Moderator.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, müvafiq əmrlə Ceyhun İsmayılov başçının köməkçisi vəzifəsindən azad olunub.
 
Ceyhun İsmayılov Nəsimi Rayon İcra Hakimiyyəti icra başçısı Elxan İbrahimovun köməkçisi təyin edilib. Elxan İbrahimov bundan əvvəl Elbrus Məmmədovu köməkçi vəzifəsindən azad edib.
 
Qeyd edək ki, Elxan İbrahimov 2022-ci ildə Kürdəmirin icra başçısı vəzifəsinə təyin olunduqdan sonra Ceyhun İsmayılovu özünə köməkçi təyin etmişdi.
 
10:45
 
Nəsimi Rayon İcra Hakimiyyətində kadr islahatı aparılıb.
 
Moderator.az "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı icra başçısı Elxan İbrahimov əmr imzalayıb.
 
Əmrə əsasən, başçının köməkçisi Elbrus Məmmədov vəzifəsindən azad edilib.
 
Xatırladaq ki, noyabr ayının 12-də Prezident İlham Əliyevin Sərəncamı ilə Nəsimi rayonunun icra başçısı təyin edilib.
 
Link kopyalandı!
Son xəbərlər