Saat 10:00-da qaz kəsiləcək - Bu ərazilərdə
Cəmiyyət
383
09:50, Bu gün

Saat 10:00-da qaz kəsiləcək - Bu ərazilərdə

Sabunçu, Suraxanı və Qaradağ rayonlarında qaz xətlərində aparılacaq təmir işləri ilə əlaqədar bu gün saat 10:00-dan bəzi ərazilərin qaz təchizatının dayandırılması planlaşdırılır.
 
Moderator.az bildirir ki, bu barədə “Azəriqaz” İB-dən məlumat verilib.
 
Təmir-bərpa işləri aparılan zamanı Bilgəh qəsəbəsinin Azərbaycan qadını küçəsinin və Yeni massivin, Səngəçal qəsəbəsinin Yol evləri və Bağ evləri yaşayış ərazilərinin, həmçinin Qaraçuxur qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
 
Link kopyalandı!
Son xəbərlər