23:53
14°C
Bakı
Sabunçu, Suraxanı və Qaradağ rayonlarında qaz xətlərində aparılacaq təmir işləri ilə əlaqədar 25.11.2025-ci il saat 10:00-dan bəzi ərazilərin qaz təchizatının dayandırılması planlaşdırılır.
Bu haqda Moderator.az-a “Azəriqaz” İB-dən məlumat verilib.
Təmir-bərpa işləri aparılan zamanı Bilgəh qəsəbəsinin Azərbaycan qadını küçəsinin və Yeni massivin, Səngəçal qəsəbəsinin Yol evləri və Bağ evləri yaşayış ərazilərinin, həmçinin Qaraçuxur qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.