Azad edilmiş ərazilərdə yeni yaradılan iş yerlərinin sayı artıb - SİYAHI
Cəmiyyət
173
16:45, Bu gün

Azad edilmiş ərazilərdə yeni yaradılan iş yerlərinin sayı artıb - SİYAHI

2025-ci ilin yanvar-sentyabr ayları ərzində işğaldan azad edilmiş rayonlarda 1700 yeni iş yeri yaradılıb.

Moderator.az-ın Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11% artıb. Belə ki, 2024-cü ilin müvafiq dövründə işğaldan azad edilmiş rayonlarda 1532 yeni iş yerləri yaradılmışdı.

Qeyd edək ki, hesabat dövründə ən çox yeni iş yeri Xankəndi və Laçında yaradılıb. Belə ki, cari ilin ilk 9 ayı ərzində Xankəndidə 516, Laçında isə 312 yeni iş yerləri yaradılıb.

Xatırladaq ki, hesabat dövründə azad edilmiş rayonlarda 170 yeni müəssisə və təşkilat, 2805 yeni fərdi sahibkarlıq subyekti dövlət qeydiyyatından keçib.

Aşağıdakı cədvəldə 2025-ci ilin 9 ayında azad edilmiş ərazilərdə yeni yaradılmış iş yerlərinin, fərdi sahibkarlıq subyektlərinin və müəssisələrin sayı verilib:

Link kopyalandı!
Son xəbərlər