“Aztelekom”un 2 xidməti ləğv edilir
Cəmiyyət
151
16:20, Bu gün

“Aztelekom”un 2 xidməti ləğv edilir

“Aztelekom” MMC tərəfindən təqdim edilən “153 tibbi məlumat və aptek axtarışı (pharm-inform)” xidməti öz aktuallığını itirməsi səbəbi ilə 1 dekabr 2025-ci il tarixindən etibarən fəaliyyətini dayandıracaq.

Bu barədə Moderator.az-a şirkətdən bildirilib.

Qeyd edilib ki, rəqəmsal platformaların sürətli inkişafı nəticəsində tibbi məlumat və aptek axtarışı kimi xidmətlərin onlayn platformalar və apteklərin rəsmi səhifələri vasitəsilə daha əlçatan olması telefonla məlumat verilməsinə olan ehtiyacı əhəmiyyətli dərəcədə azaldıb.

Bu səbəbdən “153 (pharm-inform)” xidmətinin dayandırılması rəqəmsallaşma və yenilənmə prosesinin məntiqi davamı olaraq həyata keçirilir.

Bundan əlavə, 1 dekabr 2025-ci ildən etibarən şirkət LTE (simsiz rabitə) xidmətini dayandıraraq GPON (Giqabit Tutumlu Passiv Optik Şəbəkə) texnologiyasına tam keçid edəcək.

Yeni texnologiyaya miqrasiya ilə bağlı mövcud LTE istifadəçiləri üçün fiber-optik internetə keçid prosesi sadələşdirilib. Bununla yanaşı, bu mərhələdə abunəçilərə “Aztelekom”un mütəxəssisləri tərəfindən fərdi dəstəyin göstərilməsi də nəzərdə tutulur.

Əlavə məlumat və dəstək üçün abunəçilər 24/7 fəaliyyət göstərən “170” Çağrı mərkəzinə və ya yaxınlıqdakı yerli filiallara müraciət edə bilərlər.

Link kopyalandı!
Son xəbərlər