Bu qurumun rəisinin ölkədən çıxışına məhdudiyyət qoyuldu
Cəmiyyət
87
16:03, Bu gün

Bu qurumun rəisinin ölkədən çıxışına məhdudiyyət qoyuldu

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Pirallahı Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin (MKTB) rəisi Həsən Cəfərzadənin ölkədən çıxışına məhdudiyyət qoyulub.
 
Birliyin dövlət büdcəsinə 37 422,99 manat (o cümlədən faizlər üzrə 37 342,99 manat və maliyyə sanksiyası üzrə 80 manat), Dövlət Sosial Müdafiə Fonduna 47 064,7 manat, İşsizlikdən Sığorta Fonduna 335,72 manat, İcbari Tibbi Sığorta Fonduna isə 8 425,78 manat olmaqla, ümumilikdə 93 249,19 manat borcu yaranıb.
 
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti borcun ödənilməsi üçün Həsən Cəfərzadəyə xəbərdarlıq edib. Lakin xəbərdarlığa məhəl qoymadığı üçün barəsində məhkəməyə müraciət olunub.
 
Məhkəmənin qərarı ilə Həsən Cəfərzadənin borcu tam ödəyənədək ölkədən çıxışına məhdudiyyət qoyulub. /Qaynarinfo/
 
Link kopyalandı!
Son xəbərlər