Bizi sosial şəbəkələrdən izləyin:
Yeni “ana və ata”: valideynlər uşaqlar barədə məsləhətlərdə İİ-yə niyə daha çox güvənirlər. Valideynlər getdikcə daha çox OpenAI-nin ChatGPT servisinə tərbiyə ilə bağlı məsləhətlər üçün üz tuturlar, lakin bu “eksperimentin” nəticələri hələ də qeyri-müəyyəndir.
Moderator.az Lent.az-a istinadən xəbər verir ki, onlar ChatGPT-dən uşaq davranış problemlərinin həlli və tibbi məsləhətlər barədə soruşur və USA Today məlumatına görə, bəzən süni intellektə hətta həkimlərdən daha çox etibar edirlər. Bundan əlavə, valideynlər ChatGPT-dən uşaqları əyləndirmək üçün də istifadə edirlər. Məsələn, yatmazdan əvvəl nağıl oxutmaq və ya saatlarla söhbətləşdirmək kimi.
Valideyn məsuliyyətinin süni intellektə ötürülməsi ciddi narahatlıq yaradır, çünki ChatGPT-nin manipulyativ xarakteri bəzən yanlış təsəvvürləri gücləndirə və reallıqla bağlı əlaqəni zəiflədə bilər bu isə bir sıra yeniyetmə intihar hadisələri ilə əlaqələndirilir.
ChatGPT-dən istifadə edən uşaqların yaşı getdikcə aşağı düşür: artıq məktəbli uşaqları olan valideynlərin təxminən 30 faizi 2023-cü ildə bu texnologiyadan istifadə edib.
Bluebird Kids Health klinikasının pediatrı valideynlərə məsləhət görür ki, ChatGPT-dən gələn məlumatlara tənqidi yanaşsınlar və onu yalnız köməkçi alət kimi istifadə etsinlər ardınca isə mütləq real tibbi mütəxəssislərlə məsləhətləşsinlər.
Valideynlərə məxfilik məsələsini unutmamaq da tövsiyə olunur: uşaqların şəxsi və ya tibbi məlumatlarını ChatGPT-yə daxil etmək olmaz, çünki bu, məlumat sızması risklərini artırır. Ümumilikdə valideynlərə bu texnologiyadan istifadə zamanı ehtiyatlı və sağlam skeptik olmaq tövsiyə edilir.