Fəaliyyəti dayandırılmış
Cəmiyyət
259
14:00, Bu gün

Fəaliyyəti dayandırılmış "Turan"ın direktoru: "Nəvəmlə vaxt keçirirəm, ev işləri görürəm"

""Turan" İnformasiya Agentliyi fəaliyyətini dayandırdıqdan sonra analitik məqalələrlə çıxış etmək niyyətim var idi. Hələlik buna başlamamışam, nəzərdə tutduğumuz planlarda da bir yenilik yoxdur".
 
Moderator.az xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında fəaliyyətini dayandırmış “Turan” İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyev deyib.
 
Sabiq direktor hazırda istirahət etdiyini söyləyib: “Universiteti bitirdikdən sonra ilk dəfədir istirahət fürsəti qazanmışam. Tələbəlikdən sonra işlədiyim müddətdə məzuniyyətə belə çıxmamışam. İndi isə istirahət edirəm, daha çox nəvəmlə vaxt keçirirəm, ev-eşik işləri ilə məşğul oluram”.
 
Mehman Əliyev deyib ki, hələlik heç bir fəaliyyəti planlamır.
 
"Layihəmiz, hədəfimiz, ümumiyyətlə ortada konkret heç bir şey yoxdur”, - o qeyd edib.
 
Xatırladaq ki, “Turan” İnformasiya Agentliyi 1990-cı il may ayında yaradılıb. Agentlik bu ilin fevralın 13-də fəaliyyətini dayandırıb.
 
Link kopyalandı!
Son xəbərlər