Hindistandan Azərbaycana qanunsuz yolla dərman gətirmək istədilər
Cəmiyyət
191
13:10, Bu gün

Hindistandan Azərbaycana qanunsuz yolla dərman gətirmək istədilər

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində dərman vasitələrinin qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.
 
Bu barədə Moderator.az-a komitədən məlumat verilib.
 
Bildirilib ki, Dehli-Bakı aviareysi ilə gələn iki nəfər xarici ölkə vətəndaşı gömrük yoxlamasına cəlb edilib, hər iki şəxsin baqaj və əl çantalarına baxış zamanı gömrük orqanına bəyan edilməyən, ümumilikdə 72 ədəd onkoloji dərman vasitələri aşkar olunub.
 
Faktla bağlı araşdırma aparılır.
 
Link kopyalandı!
Son xəbərlər