QMİ Həcc ziyarətinə getmək istəyənlərə müraciət etdi
Cəmiyyət
197
12:56, Bu gün

QMİ Həcc ziyarətinə getmək istəyənlərə müraciət etdi

Səudiyyə Ərəbistanın Krallığının Həcc və Ümrə nazirliyi Həcc ziyarəti üçün öncəlikli hazırlıqlar prosedurlarının daha erkən başlanması üçün ildən-ilə yeni işlər görür.
 
Moderator.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.
 
O bildirib ki, bu il nazirlik dünyadakı bütün Həcc missiyalarına ötən Həcc ziyarətindən qısa müddət keçdikdən sonra növbəti Həcc ziyarəti üçün sənəd qəbulunun başlanması barədə göstərişlər verib.
 
"Müvafiq olaraq vizaların verilməsi proseduru da çox erkən başladılaraq, Ramazan ayının sonunadək bitirilməsi bildirilir. Həccə niyyəti olan vətəndaşlarımızdan xahiş edirik, vaxtın genişliyinə baxmasınlar, yerlər bitmədən gəlib qeydiyyata alınsınlar. Qeydiyyata erkən başlamağımıza rəğmən, hər gün vətəndaşlarımız Həccə qeydiyyata alınmaq üçün müraciət edirlər. Öncəki təcrübələrimzə görə demək istəyirəm ki, mövsümün sonunda xeyli vətəndaşlar gəlib Həccə getmək üçün müraciət edirlər, həmin ərəfədə artıq kvota tamamlanır və vətəndaş Həccə gedə bilmir. Həcc üçün niyyət etmiş zəvvarları gec qalmadan müraciət etmələrini tövsiyə edirik", - V. Cahangiri əlavə edib.
Link kopyalandı!
Son xəbərlər