Sədərəkdə 15 yaşlı qızın nişan mərasiminin qarşısı alındı
Cəmiyyət
184
12:48, Bu gün

Sədərəkdə 15 yaşlı qızın nişan mərasiminin qarşısı alındı

Naxçıvan Muxtar Respublikası (MR) Sədərək Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 15 yaşlı qızın nişan mərasiminin qarşısı alınıb.
 
Moderator.az xəbər verir ki, rayonun Dəmirçi kəndində 21 yaşlı şəxslə 15 yaşlı qız arasında keçirilməsi nəzərdə tutulan nişan mərasimi barədə daxil olan məlumat araşdırılıb və müvafiq tədbirlər görülüb.
 
Erkən nikaha yol verilməməsi üçün tərəflərlə profilaktik söhbətlər aparılıb, qanunvericiliyin tələbləri bir daha izah edilib.
 
Link kopyalandı!
Son xəbərlər