Cəmiyyət
116
00:18, Bu gün

"Görəsən, mən öləndə arxamca rəhmət oxuyan olacaq?"

"Həyat o qədər qəribədir ki, bilmirsən nə baş verir. Elə yaşayırıq ki, sanki ölümü dadmayacağıq. Dünəndən o qədər pisəm ki... Allah şahiddir".

Moderator.az xəbər verir ki, bu sözləri paylaşdığı videoda müğənni Xuraman Şuşalı deyib. Sənətçi Yasamal rayonunda yaşayış binasında yanğın nəticəsində ölən Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylidən bəhs edib. Xuraman bildirib ki, onun ölüm xəbərinə çox pis olub:

"Könül o qədər sevgi, eşq dolu biri idi ki... Hər dəfə deyirdi, gedirəm dəfiləyə, filan ölkədəyəm, İtaliyaya gedim. O qədər sevincli idi ki... Ondan ölüm iyi gəlmirdi. Yaşayıb yaratmaqla dolu idi. Baxıram hamı rəhmət oxuyur. Ölüb gedəndən sonra arxanca rəhmət oxunmağı gözəldir. Allah ölümün gecindən versin.

Son günlər olan hadisələr  insanları ayıltmaq üçündür: ölüm hər an gələ bilər. Elə bil ruhum silkələnib, ölüm hər an gələ bilər. Düşünürəm ki, bəs sən nə etmisən, neylədin, bu ömrü necə yaşadın? Yaşadığın həyatdan razısanmı? O dünyana nə yığmısan? Mən də öləndə arxamca rəhmət deyən, pis olan olacaq?".

 

(Axşam.az)

Link kopyalandı!
Son xəbərlər