Yasamalda üç nəfərin öldüyü yanğınla bağlı klinika direktoru SAXLANILDI
Cəmiyyət
184
16:58, Bu gün

Yasamalda üç nəfərin öldüyü yanğınla bağlı klinika direktoru SAXLANILDI

Yasamal rayonunun Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında 3 nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı həmin binanın zirzəmisində yerləşən klinikanın direktoru cinayət məsuliyyətinə cəlb edilib.

Moderator.az "Report"a istinadən xəbər verir ki, binanın zirzəmi qatında və birinci mərtəbəsində yerləşən qeyri-yaşayış obyektini müqavilə əsasında icarəyə götürmüş "Loft dent" klinikasının direktoru Bəhruz Sahib oğlu Paşayev Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində istintaq edilən cinayət işi üzrə şübhəli şəxs qismində tutulub.

Xatırladaq ki, noyabrın 21-i, axşam saatlarında Bakının Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğında üç nəfər həlak olub, 20-dən çox şəxs tüstüdən zəhərlənib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər