13:04
17°C
Bakı
Bakının Xəzər, Yasamal, Sabunçu, Xətai rayonları və Abşeron rayonlarının, Xırdalan şəhərinin bəzi ərazilərinə su olmayacaq.
Moderator.az xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.
Məlumata görə, Oğuz-Qəbələ-Bakı su kəmərinin istismara davamlılığının artırılması məqsədilə görüləcək işlər çərçivəsində 25-29 noyabr tarixlərində su təchizatında müvəqqəti fasilələr yaranacaq.
Magistral su kəməri üzərində aparılacaq təmir-bərpa işləri yay aylarında yarana biləcək su çatışmazlığının qarşısının alınması istiqamətində icra olunan davamlı tədbirlərdən biridir.