Ələt-Astara avtomobil yolunun Cəlilabad və Biləsuvardan keçən hissəsi qəzalı vəziyyətə düşüb
Cəmiyyət
78
12:56, Bu gün

Ələt-Astara avtomobil yolunun Cəlilabad və Biləsuvardan keçən hissəsi qəzalı vəziyyətə düşüb

Köhnə Ələt-Astara avtomobil yolunun Cəlilabad və Biləsuvar rayonlarından keçən hissəsi qəzalı vəziyyətə düşüb.

Bu barədə "Report"un Muğan bürosuna bir qrup rayon sakini məlumat verib.

Onların sözlərinə görə, illərdir ki, təmir olunmayan sözügedən yol sürücüləri təhlükə ilə üz-üzə qoyur.

"Hər gün bu yoldan istifadə edirik. Yol bərbad olduğuna görə, demək olar ki, hər gün burda qəzalar olur. Hərdən yolun bəzi hissələrində təmir işləri aparılır. Ancaq bu işlər kifayət deyil. Yolda əmələ gələn iri çatlar və çalalar problemi daha da artırır. Bu yol yenidən salınmalıdır. Belə vəziyyət avtomobillərin də tez-tez sıradan çıxmasına səbəb olur. Aidiyyəti qurumlardan kömək olmalarını xahiş edirik", - deyə sakinlər vurğulayıblar.

Sözügedən problemlə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli "Report"un Muğan bürosuna bildirib ki, qeyd olunan yolun artıq 32-103 və 217-243-cü km-lik hissələri yenidən qurularaq istifadəyə verilib:

"Qalan 103-217-ci km-lik hissə üzrə təkliflər hazırlanaraq aidiyyəti üzrə göndərilib. Maliyyə vəsaiti ayrılan kimi sözügedən hissənin də tərəfimizdən yenidən qurulması həyata keçiriləcək".

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər