Qolunu sındıran müəllimin məhkəmə çəkişməsi: Nazirliyin tövsiyəsi ləğv olundu
Cəmiyyət
25
10:29, Bu gün

Qolunu sındıran müəllimin məhkəmə çəkişməsi: Nazirliyin tövsiyəsi ləğv olundu

Bakıdakı 10 nömrəli Uşaq Musiqi Məktəbinin müəlliminin Mədəniyyət Nazirliyinə qarşı qaldırdığı iddia onun lehinə nəticələnib.

Moderator.az xəbər verir ki, məhkəmə nazirlik tərəfindən müəllim haqqında verilən tövsiyəni ləğv edib.

İddiaçı şikayətini onunla əsaslandırıb ki, attestasiya vərəqində "Bethovenin "Sonata N1" əsərini ifa etdi" yazılıb. Əsəri təhlil etdiyi halda guya suallara cavab vermədiyi, təhlil edə bilmədiyi qeyd olunub. İfa zamanı komissiya üzvlərindən biri müəllimin əsəri tez, digəri isə gec ifa etdiyini bildirib. Müəllim bildirib ki, verilən suallara düzgün cavab verdiyi halda, o sualların heç biri qeyd edilməyib.

İddiaçı qeyd edib ki, 2025-ci ilin fevralında qar yağanda evinin açıq eyvanında sürüşərək yıxılıb, sol qolundan çox ağır zədə alaraq əzilib, həkimin ona qoluna zərbə salmamağı və qolunun boynundan 15 gün asılı qalmasını tövsiyə etməsinə rəğmən, attestasiyaya gedib.

Attestasiya vərəqəsinin 10-cu bəndində "Attestasiya olunan tutduğu vəzifəyə uyğundur", 11-ci bəndində isə "Attestasiya komissiyasının ixtisas fənnini tədris etməyə yararlı deyil, üzdən oxu fənlərini tədris edə bilər" yazılıb. Komissiya üzvləri müəllimin ixtisas fənnini tədris etməyə yararlı olmaması tövsiyəsini versələr də, onu əsaslandırmayıblar.

Səbail Rayon Məhkəməsinin qərarı ilə iddiaçı barəsində tərtib edilərək imzalanmış Attestasiya vərəqəsinin 11-ci bəndində "İxtisas fənnini tədris etməyə yararlı deyil" tövsiyəsi ləğv edilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər