Cəmiyyət
126
16:50, Bu gün

"WhatsApp"da yeni FUNKSİYA - FOTO

"WhatsApp" tərtibatçıları "İnformasiya" bölməsinin istifadədə rahat olan daha gözəgəlimli versiyasını təqdim ediblər. Yenilənmiş interfeyslə təchiz edilmiş funksiya şəxsi çatların və istifadəçi profilinin yuxarı hissəsinə çıxarılıb.

Moderator.az xəbər verir ki, bu barədə məlumatı Qazeta.ru yayıb.

Yenilənmiş funksiya statusunuz və əlçatanlığınız haqqında həmsöhbətlərinizi tez məlumatlandırmaq üçün qısa mesajları və smaylikləri paylaşmağa imkan verir. İstifadəçilər müsahiblərinin "İnformasiya"sına müvafiq bildirişə toxunaraq birbaşa çatda cavab verə bilərlər.

"Hər şeyin anbaan dəyişdiyi bir vaxtda "İnformasiya" bölməsi başqalarına nə üçün hazırda söhbət edə bilmədiyiniz və ya nə barədə danışmaq istədiyiniz barədə məlumat verəcək: bunun üçün smaylik və müxtəsər ifadə yetərlidir", - deyə tərtibatçılar bildiriblər.

Status standart olaraq 24 saat ərzində göstərilir, lakin onun yayımlama müddətini ayarlarda artırmaq və ya azaltmaq mümkündür. Üstəlik, genişləndirilmiş məxfilik parametrləri də mövcuddur: istifadəçi məlumatın kimə görünəcəyini özü seçə biləcək.

Funksiyanın mobil cihazlarda tətbiqinə bu həftə start veriləcək və o, bütün istifadəçilər üçün əlçatan olacaq.

WhatsAppda yeni FUNKSİYA

Link kopyalandı!
Son xəbərlər