ETX zərərli proqram təminatının fəaliyyəti ilə bağlı göstəriciləri müəyyən edib
Cəmiyyət
104
15:53, Bu gün

ETX zərərli proqram təminatının fəaliyyəti ilə bağlı göstəriciləri müəyyən edib

Ölkə üzrə bəzi informasiya sistemlərini hədəfləmiş və istifadəçi giriş məlumatlarının ələ keçirilməsini təmin edən "infostealer" tipli zərərli proqram təminatının fəaliyyəti ilə bağlı göstəricilər müəyyən edilib.
 
Moderator.az xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb.
 
Bildirilib ki, ilkin təhlil nəticəsində ölkə üzrə 859 kompüterin sistemi sözügedən zərərli proqram təminatına yoluxub və həmin sistemlərdən 54 924 ədəd istifadəçi adı və şifrə məlumatı ələ keçirilib.
 
"Hazırda ETX məlumatların təhlili, potensial qurbanların müəyyən edilməsi, eyni zamanda, mümkün təsir dərəcəsinin qiymətləndirilməsi və aradan qaldırılması istiqamətində metodoloji dəstəyin göstərilməsi üzrə aktiv fəaliyyət aparır", - deyə məlumatda vurğulanıb.
 
Qeyd edək ki, əldə olunan göstəricilər operativ şəkildə emal olunaraq aidiyyəti qurumlara birbaşa təqdim ediləcək.
 
ETX bütün təşkilat və vətəndaşları kibertəhlükəsizlik tədbirlərini gücləndirməyə, şübhəli fəaliyyət halları müşahidə edildikdə "1654" qaynar xətti və ya [email protected] elektron poçt ünvanı vasitəsilə məlumat verməyə çağırıb.
Link kopyalandı!
Son xəbərlər