Əhməd İsmayılov:
Cəmiyyət
127
13:51, Bu gün

Əhməd İsmayılov: "Media Mükəmməlliyi Mərkəzi Azərbaycan Prezidentinin tövsiyəsi ilə yaradılır"

"Media Mükəmməlliyi Mərkəzi Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyəsi və təşəbbüsü ilə yaradılır, məqsəd D-8 ölkələrində dezinformasiya və saxta xəbərlərlə mübarizənin aparılması, eyni zamanda media sahəsində ixtisas artırma və kadrların hazırlanması prosesinin təşkili və bu sahədə layihələrin həyata keçirilməsidir".
 
Moderator.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Bakıda keçirilən D-8 Media Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
 
O əlavə edib ki, Media Formunun keçilməsində məqsəd D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının üzv dövlətlərinin media subyeklərin beynəlxalq və regional sahədə əməkdaşlığının inkişaf etdirilməsinə dəstək göstərmək, dezinformasiya və rəqəmsal mühitdə əməkdaşlığın daha da təkmilləşdirilməsi və qarşılıqlı əməkdaşlıq platformasının yaradılmasıdır:
 
“Forumda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Media Mükəmməlliyi Mərkəzinin yaralıması istiqamətində strateji planı müzakirə olunur.
 
Hazırda Mərkəzin strateji planı Forum iştirakçılarına təqdim edilib. Günün sonuna qədər bizim media ekspertləri və D-8 ölkələrindən olan dövlət rəsmilərinin tövsiyələri həmin Media Mükəmməlik Mərkəzinin gələcək strateji planına daxil edilməsi istiqamətində işlər aparılacaq.
 
Düşünürük ki, gələcəkdə də belə media platformaları və media forumlarının keçirilməsi Azərbaycan media subyektlərinin həmin ölkələrinin media subyektləri ilə əlaqələrinin inkişaf etdirilməsinə dəstək olacaq. Hazırda aparılan müzakirələr onu göstərir ki, bütün dövlətlər məhz belə bir Media Forumunun keçirilməsini dəstəkləyir və onun illik əsasda keçirilməsi üçün müvafiq beyanatlarla çıxış edəcəklər”.
 
Link kopyalandı!
Son xəbərlər