Bizi sosial şəbəkələrdən izləyin:
Bakıda D-8 Media Mükəmməllik Mərkəzinin (D-8 Media Excellence Center) təqdimatı keçirilib.
Moderator.az xəbər verir ki, təqdimatı Medianın İnkişafı Agentliyinin Beynəlxalq Əlaqələr və Sənəd Dövriyyəsi Departamentinin direktoru Rasim Bağırov D-8 Media Forumu çərçivəsində edib.
R.Bağırov xatırladıb ki, Azərbaycan müvafiq qanunun parlament tərəfindən ratifikasiyası və prezident tərəfindən imzalanmasından sonra 2024-cü il dekabrın 19-da D-8 təşkilatına rəsmi olaraq qoşulub.
O, Azərbaycanın təşkilatın təxminən 30 illik tarixində ilk yeni üzv olduğunu vurğulayıb.
Təqdimat zamanı R.Bağırov qeyd edib ki, D-8 Media Mükəmməllik Mərkəzinin yaradılması təşəbbüsü birliyin yeni üzvü kimi Azərbaycan tərəfindən irəli sürülüb.
Onun sözlərinə görə, mərkəzin məqsədi səkkiz ölkə arasında media əməkdaşlığının gücləndirilməsi, regional və qlobal proseslərin koordinasiyalı şəkildə işıqlandırılması, jurnalistlərin peşəkar səviyyəsinin artırılması və dezinformasiya ilə səmərəli mübarizədir.