Ordubadda erkən nikahın qarşısı alındı
Hadisə
163
13:15, Bu gün

Ordubadda erkən nikahın qarşısı alındı

Naxçıvan Muxtar Respublikası (MR) Ordubad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən erkən nikahın qarşısı alınıb.
 
Moderator.az xəbər verir ki, rayonun Tivi kəndində 36 yaşlı şəxslə 17 yaşlı qız arasında planlaşdırılan nişan mərasimi barədə daxil olan məlumat araşdırılıb və müvafiq tədbirlər görülüb.
 
Erkən nikahın qarşısının alınması məqsədilə tərəflərlə profilaktik söhbətlər aparılıb, qanunvericiliyin tələbləri bir daha izah edilib.
Link kopyalandı!
Son xəbərlər