Cavid Qurbanov Kəlbəcərin tənqid hədəfinə gələn deputatından danışdı
Cəmiyyət
140
10:43, Bu gün

Cavid Qurbanov Kəlbəcərin tənqid hədəfinə gələn deputatından danışdı

Son günlər Kəlbəcər rayonunu Milli Məclisdə təmsil edən deputat Mircəlil  Qasımlı sosial şəbəkələrdə və mediada tənqid hədəfinə tuş gəlib.

Gənc deputata qarşı səsləndirilən iradlarda  onun Milli Məclisdə fəal olmaması iddia olunur.

Gununsesi.info-nun əməkdaşı uzun illər Kəlbəcəri Milli Məclisdə təmsil edən Cavid Qurbanovdan gənc deputat haqqında fikirlərini öyrənib.

“Mircəlil hələ gəncdir. Onun siyasətçi kimi formalaşması üçün müəyyən zaman lazımdır. İnşallah, təcrübə topladıqca  yetkin bir kadr kimi ölkəmizə daha çox fayda verəcək. Ona qarşı əsassız ittihamlar səsləndirmək doğru deyil.

Dövlətin və seçicilərin ona etimadı isə təbii ki, onun potensialına görədir. 

Onun əmisi professor Cəlal Qasımov da Avropada Azərbaycanı ləyaqətlə təmsil edən ziyalılarımızdandır. Bilirsiniz ki, o, Azərbaycanın Fəxri Konsuludur. Xaricdə ökəmizi ləyaqətlə təmsil edən insanların fəaliyyəti dövlətimiz üçün faydalıdır. Ümumiyyətlə, Fəxri Konsul statusunda olan şəxslər xarici ölkələrin vətəndaşı olurlar. Öz fəaliyyətini isə şəxsi imkanları hesabına həyata keçirirlər. Fəxri konsullar təmsil etdikləri ölkədən maddi dəstək almadan həmin dövlətin xaricdə imici üçün çalışırlar”. 

Cavid Qurbanovun sözlərinə görə, Qasımovlar ailəsinin bir üzvü – Elçin Qasımov da  Slovakiyanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiridir: “O, ilk azərbaycanlı kimi  Avropa ölkələrindən birinin Bakıda səfiri olaraq tarixə düşüb. Məncə bu həm onların öz ailəsi, həm də azərbaycanlılar üçün fəxarət doğuran haldır. 

Hesab edirəm ki, başqaları da bunu görməli və dəstək olmalıdır”.

Link kopyalandı!
Son xəbərlər