2026-cı il üçün ehtiyac meyarının həddi MM-də birinci oxunuşda qəbul edilib
Cəmiyyət
551
16:57, Bu gün

2026-cı il üçün ehtiyac meyarının həddi MM-də birinci oxunuşda qəbul edilib

Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2026-cı il üçün ehtiyac meyarının həddi 300 manat məbləğində təsdiq ediləcək.

Moderator.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasında 2026-cı il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsində əksini tapıb.

Beləliklə, gələn il üçün ehtiyac meyarı 15 manat artırılacaq.

Müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Link kopyalandı!
Son xəbərlər