18:17
15°C
Bakı
Lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi nəzərdə tutulmuş doqquzmərtəbəli binaların şəhərlər üzrə bölgüsünə dair siyahı genişləndirilib.
Moderator.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin müvafiq sərəncamında əksini tapıb.
Sərəncama əsasən, lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi nəzərdə tutulmuş doqquzmərtəbəli binaların 7 şəhər üzrə bölgüsünə dair siyahıda quraşdırılacaq liftlərin sayı 200-dən 207-yə qaldırılıb.
Bakı üzrə quraşdırılacaq liftlərin sayı 141-dən 148-ə qaldırılıb.