Ramiz Mehdiyevin cinayət işində yeni DETALLAR
Cəmiyyət
529
16:30, Bu gün

Ramiz Mehdiyevin cinayət işində yeni DETALLAR

Dövlət hakimiyyətinə qarşı ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyev ətrafında qalmaqal bitmək bilmir. Mediada ona bağışlanan villalarla bağlı yeni məlumatlar yayılıb.

Moderator.az Musavat.com-a istinadən xəbər verir ki, hazırda Ramiz Mehdiyevin cinayət işi üzrə aparılan istintaq çərçivəsində onun rəhbərlik etdiyi dövrdə villalar və mənzillər hədiyyə edən məmurların siyahısı dəqiqləşdirilir.

Məlumata əsasən, hüquq-mühafizə orqanlarına artıq həmin şəxslərlə bağlı tapşırıq verilib. İddialara görə, Ramiz Mehdiyevə "hörmət" göstərərək ev, torpaq və ya pul hədiyyə edən və bunu könüllü şəkildə etiraf edən icra başçıları və digər vəzifəli şəxslərin məsuliyyətə cəlb olunmayacağı onlara bildirilib.

Əvəzində bu məlumatı gizlədən, yaxud Mehdiyevin tapşırıqları ilə dövlət vəsaitlərini şəxsi məqsədlərə yönəldən şəxslərin cinayət məsuliyyətinə cəlb olunması istisna edilmir.

Link kopyalandı!
Son xəbərlər