Bu rayonların bəzi ərazilərində işıq olmayacaq
Cəmiyyət
334
08:53, Bu gün

Bu rayonların bəzi ərazilərində işıq olmayacaq

Bu gün Biləsuvar, Cəlilabad və Yardımlının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
 
"Azərişəq"dan Moderator.az-a verilən məlumata görə, Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən Cəlilabad rayonunda 110, Yardımlıda isə 35 kV-luq hava xəttində noyarın 20-də təmir işləri aparılacaq.
 
Məlumata görə, bununla əlaqədar olaraq saat 10:00-dan 12:30-dək Cəlilabadın Alar, Günəşli, Sabirabad kəndləri, Biləsuvarın Əmənkənd qəsəbəsi, saat 11:00-dan 13:00-dək Yardımlının Abdinli, Anzov, Arvana, Avaş, Bozayran, Bürzünbül, Gərsava, Hamarkənd, Köryədi, Kürəkçi, Qabaqdibi, Qaraqaya, Perimbel, Şəfəqli, Şiləvəngə, Urakəran, Vərgədüz kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
 
"Təmir işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq", - məlumatda qeyd olunur.
Link kopyalandı!
Son xəbərlər