Seyran Səxavətin imza günü keçiriləcək
Cəmiyyət
214
19 Nov 2025 | 23:51

Seyran Səxavətin imza günü keçiriləcək

Tanınmış yazıçı, şair, dramaturq, publisist, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyi və Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyinin (İLESAM) üzvü Seyran Səxavət oxucuları ilə yenidən görüşə gəlir.

Moderator.az xəbər verir ki, Seyran Səxavət 3-cü, 4-cü və 5-ci cilddən ibarət kitablarının imza günü və xeyriyyə satışını keçirəcək.

Tədbir 28 noyabr 2025-ci il, saat 14:00-da baş tutacaq. Oxucular və ədəbiyyatsevərlər Xəqani küçəsi 53, Azərbaycan Yazıçılar Birliyinin 3-cü mərtəbəsində yerləşən Natavan Klubunda müəlliflə görüşə qatıla bilərlər.

İmza günü zamanı müəllif oxucularla söhbət edəcək, kitablar imzalanacaq və əldə olunan gəlir xeyriyyə məqsədlərinə yönəldiləcək.

Ədəbiyyatsevərlər üçün unudulmaz görüş olacaq.

Link kopyalandı!
Son xəbərlər