Bakıda iki şəhidin məzarı qarət edilib - VİDEO
Cəmiyyət
182
19 Nov 2025 | 23:30

Bakıda iki şəhidin məzarı qarət edilib - VİDEO

Şəhidlər ailələrinə onları xatırladan əşyaları, xalqımıza isə Vətənimizin bütövlüyünü əmanət ediblər. Bu əmanətə sədaqət isə hər birimizin borcudur. Təəssüf ki, bir şəhidin müharibədə döyüşboyu ayağında olan çəkməsi, dəbilqəsi, digər şəhidin isə gitarası məzarının önündən oğurlanıb.

Moderator.az Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində yerləşən Şəhidlər xiyabanında baş verib.

Şəhid mayor Səyavuş Kəlbalıyevin həyat yoldaşı Pərvanə Kəlbalıyeva deyir ki, hadisə ilə bağlı xəbəri səhər saatlarında alıb. Şəhidin oğurlanan yeganə əşyaları 4 ildir şüşə qutunun içərisində, məzarın yanında qorunurdu.

Şəhidin yoldaşı deyir ki, Vətən uğrunda canından keçən qəhrəmanların yadigarlarını dağıdaraq oğurlayıb aparmaq hörmətsizlikdir.

Şəhid Fəxri Məmmədovun atası Habil Fəxri isə deyir ki, hadisəni eşidəndən dərin sarsıntı içərisindədirlər: "Balamın əlləri dəyən öz gitarasını, tək təsəllimizi aparıblar".

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır.

Əməli törədən şəxs və ya şəxslərin müəyyən olunaraq saxlanılması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 

Link kopyalandı!
Son xəbərlər