Finlandiyadan Tailanda uçan təyyarə Bakıda məcburi eniş edib
Cəmiyyət
251
19 Nov 2025 | 21:00

Finlandiyadan Tailanda uçan təyyarə Bakıda məcburi eniş edib

"Finnair" aviaşirkətinin Banqkok-Helsinki marşrutu üzrə uçuşunu həyata keçirən "Airbus A350" tipli hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi enişlə bağlı sorğu ünvanlayıb.

Moderator.az xəbər verir ki, bu barədə hava limanından məlumat verilib.

Bildirilib ki, buna səbəb uçuş zamanı göyərtədəki sərnişinlərdən birinin səhhətində yaranmış qəfil problem olub. Ekipaj tərəfindən operativ qərar qəbul edilərək, reys Bakıya yönləndirilib və təyyarə yerli vaxtla 19:44-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.

Məlumatda qeyd olunub ki, tibbi xidmət tərəfindən sərnişinə dərhal ilkin tibbi yardım göstərilib və onun vəziyyəti ilə bağlı müvafiq tibbi prosedurlar hazırda davam etdirilir.

"Heydər Əliyev Beynəlxalq Aeroportu bütün reyslər üzrə uçuşların təhlükəsizliyini və sərnişinlərin rifahını təmin etmək məqsədilə beynəlxalq tələblərə uyğun şəkildə operativ koordinasiya işlərini həyata keçirməyə davam edir", - məlumatda bildirilib.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər