Bayraq Meydanında dalğalanan Azərbaycan Bayrağının Ginnesin Rekordlar Kitabındakı rekordu yenilənib - FOTO
Cəmiyyət
279
18:31, Bu gün

Bayraq Meydanında dalğalanan Azərbaycan Bayrağının Ginnesin Rekordlar Kitabındakı rekordu yenilənib - FOTO

Dövlət Bayrağı Meydanında ucaldılan Azərbaycan Respublikasının Dövlət Bayrağının ölçüləri yenidən müəyyən olunaraq yeni rekord kimi təsdiqlənib.

Moderator.az xəbər verir ki, bu barədə Dənizkənarı Bulvar İdarəsi məlumat yayıb.

Ginnesin Rekordlar Kitabının münsifi və beynəlxalq ekspertlər tərəfindən aparılan ölçmə işlərinin nəticələrinə əsasən, Meydandakı Azərbaycan Bayrağı Ginnesin Rekordlar Kitabında eni 40 metr, uzunluğu isə 80 metr olaraq qeydə alınıb.

2024-cü ilin noyabrında bu göstəricilər uyğun olaraq 36 metr və 72 metr kimi təsdiqlənmişdi.

Qeyd edək ki, bayraq dirəyinin hündürlüyü 201,191 metr, dirəyin pyedestal üzərindəki diametri 5,7 metr, çəkisi isə təxminən 1500 ton təşkil edir.

Bayraq Meydanında dalğalanan Azərbaycan Bayrağının Ginnesin Rekordlar Kitabındakı rekordu yenilənib - FOTO Bayraq Meydanında dalğalanan Azərbaycan Bayrağının Ginnesin Rekordlar Kitabındakı rekordu yenilənib - FOTO Bayraq Meydanında dalğalanan Azərbaycan Bayrağının Ginnesin Rekordlar Kitabındakı rekordu yenilənib - FOTO Bayraq Meydanında dalğalanan Azərbaycan Bayrağının Ginnesin Rekordlar Kitabındakı rekordu yenilənib - FOTO Bayraq Meydanında dalğalanan Azərbaycan Bayrağının Ginnesin Rekordlar Kitabındakı rekordu yenilənib - FOTO

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər