Bizi sosial şəbəkələrdən izləyin:
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir. Qayıdış proqramına uyğun olaraq Ağdamın Xıdırlı kəndinə növbəti köç karvanı yola salınıb.
Moderator.az xəbər verir ki, Ağdamın Dördyol adlanan ərazisindən öz dədə-baba yurdu Xıdırlı kəndinə bu dəfə 15 ailə olmaqla 73 nəfər yola düşüb.
Qeyd edək ki, bu köçlə Xıdırlı kəndinə qayıdan ailələrin sayı 555-ə (2195 nəfər) çatacaq.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.
Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.