Cəmiyyət
175
10:51, Bu gün

"Azəriqaz" İB rəhbərliyinin növbəti vətəndaş qəbulu Zaqatalada planlaşdırılır

SOCAR-ın “Azəriqaz” İB-nin baş direktorunun Zaqatala rayonunda vətəndaş qəbulu 21 noyabr saat 11:00-da Zaqatala Regional Qaz İstismarı İdarəsinin inzibati binasında (Ünvan: Faiq Əmirov küçəsi, dalan 1/11) baş tutacaq.
 
Moderator.az xəbər verir ki, görüş zamanı Balakən və Zaqatala rayonlarından olan sakinlərin müraciətləri dinləniləcək. Vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz" İB-nin xidmət sahələrinə aid olmalıdır.
 
Qəbula dair əlavə məlumat almaq istəyənlər Zaqatala Regional Qaz İstismarı İdarəsinə (tel: 050-845-94-21; 050-845-71-02) müraciət edə bilərlər.
Nəzərinizə çatdırırıq ki, 28 noyabr tarixinə nəzərdə tutulmuş vətəndaş qəbulu 21 noyabr tarixinə keçirilib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər