Sabunçuda ət mağazasında baytarlıq ekspertizasından keçməmiş ət aşkarlanıb
Cəmiyyət
230
17:50, Bu gün

Sabunçuda ət mağazasında baytarlıq ekspertizasından keçməmiş ət aşkarlanıb

Sabunçu Rayonu, Yeni Ramana qəsəbəsi, Şuşa şəhərciyi, "Dörd yol" adlanan ünvanda fəaliyyət göstərən fiziki şəxs Əbülfət Qarakişi oğlu Cəfərova məxsus "019" adlı ət satışı obyektində qanunsuz heyvan kəsiminin həyata keçirilməsi ilə bağlı sosial şəbəkədə görüntülər yayılıb.

Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bununla əlaqədar AQTA Sabunçu Rayon İcra Hakimiyyəti və rayon polis idarəsinin əməkdaşları ilə birgə sözügedən ünvanda monitorinq keçirib. Monitorinq zamanı baytarlıq ekspertizasından keçməmiş, baytarlıq müşayiətedici sənədləri olmadan heyvan mənşəli məhsulların satışının həyata keçirildiyi müəyyən olunub.

Faktla bağlı obyekt rəhbərliyi barəsində inzibati protokol tərtib edilib, qanunsuz heyvan kəsimi məqsədilə quraşdırılan dəmir konstruksiyalar ləğv edilib. Baytarlıq ekspertizasından keçirilməmiş ətlərdən müayinələrin aparılması məqsədilə nümunələr götürülüb.

Link kopyalandı!
Son xəbərlər