Tarixi-mədəni qoruqlardakı suvenir mağazalarına tətbiq olunan tələblər sərtləşdirilir
Cəmiyyət
181
13:48, Bu gün

Tarixi-mədəni qoruqlardakı suvenir mağazalarına tətbiq olunan tələblər sərtləşdirilir

"Azərbaycanın tarixi-mədəni qoruqlarındakı suvenir mağazalarına tətbiq olunan tələblər sərtləşdirilir".

Moderator.az xəbər verir ki, bunu Qoruqların İdarəedilməsi Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli deyib.

O bildirib ki, bu məsələ yerli sənətkarlığın təşviqi məqsədilə edilir:

"Son illər xaricdən gətirilən ucuz suvenirlərin mağazalarda üstünlük təşkil etməsi yerli sənətkarların fəaliyyətinə mənfi təsir göstərir. Bu səbəbdən qoruqların ərazisində yerləşən satış obyektlərinə yeni şərtlər tətbiq olunur. Biz qoruqlardakı suvenir mağazalarında yerli məhsulların satışını artırmaqda maraqlıyıq. Xaricdən gətirilən ucuz suvenirlərin dominantlıq etməməsi üçün mağazalara müəyyən şərtlər qoyuruq və yerli ustaları daha kiçikölçülü, əlçatan qiymətli məhsullar hazırlamağa təşviq edirik".

Link kopyalandı!
Son xəbərlər