14:27
18°C
Bakı
Əməkdar artist Yadigar Muradovla vida mərasimi Şuşa Dövlət Musiqili Dram Teatrında keçiriləcək.
Moderator.az xəbər verir ki, bu barədə APA-ya mərhumun oğlu Yaşar Muradov məlumat verib.
O bildirib ki, Yadigar Muradovla vida mərasimi bu gün saat 12:00-da Şuşa Dövlət Musiqili Dram Teatrında təşkil olunacaq.
Əməkdar artist Badamdar qəbiristanlığında torpağa tapşırılacaq.
***
Əməkdar artist Yadigar Muradov ilə Şuşa Dövlət Musiqili Dram Teatrında keçirilən vida mərasimi ləğv olunub.
Onun nəşi dəfn edilməsi üçün Badamdar qəbiristanlığına aparılır.
Qeyd olunub ki, mərhumun ailəsi hava şəraiti ilə əlaqədar vida mərasiminin ləğv olunmasını istəyib.