Sumqayıtda 1000 abonentin qazı kəsiləcək
Cəmiyyət
337
10:40, Bu gün

Sumqayıtda 1000 abonentin qazı kəsiləcək

Sumqayıt şəhərində 1000 abonentin qaz təchizatı dayandırılacaq.
 
Moderator.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyinin Sumqayıt Qaz İstismarı Sahəsi məlumat yayıb.
 
Bildirilib ki, Sumqayıt şəhərinin 2-ci mikrorayon ərazisində yerləşən 3 və 5 nömrəli məktəblərin qaz xəttinin şəbəkəyə qoşulması ilə bağlı bu gün saat 11:00-dan etibarən ərazidəki 1000 abonentin qaz təchizatında müvəqqəti fasilə olacaq.
 
Qazın verilişi işlər yekunlaşdıqdan sonra bərpa ediləcək.
Link kopyalandı!
Son xəbərlər