Bizi sosial şəbəkələrdən izləyin:
Mərdəkan qəsəbəsinin bir hissəsində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq/
Moderator.az xəbər verir ki, bu barədə "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti məlumat yayıb.
Bildirilib ki, Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən 35/6 kV-luq "Şağan-1" yarımstansiyasında 148 saylı Komplekt Transformator Məntəqəsindən (KTM) çıxan 6 kV-luq hava xəttində təmir işi aparılacaq.
Bununla əlaqədar olaraq 18 noyabr tarixində saat 10:00-dan 16:00-dək Mərdəkan qəsəbəsi 28 may və Cəfər Rəmzi küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir işləri başa çatdıqdan sonra sözügedən küçələr daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.