Əməkdar artist Yadigar Muradov VƏFAT ETDİ
Cəmiyyət
322
07:58, Bu gün

Əməkdar artist Yadigar Muradov VƏFAT ETDİ

Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradov bu gecə müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
 
Moderator.az xəbər verir ki, məlumatı sənətkarın oğlu Yaşar Muradov bildirib.
 
Qeyd edək ki, Əməkdar artist ötən gün Milli Onkologiya Mərkəzindən Ə.D. Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasına köçürülmüşdü. O, xərçəng xəstəliyindən əziyyət çəkirdi.
 
Muradov Yadigar Məmməd oğlu 1958-ci ildə Ağdam rayonunun Novruzlu kəndində anadan olub.
 
1980-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. Təyinatla bir müddət Ağdam Dövlət Dram Teatrında fəaliyyət göstərdikdən sonra Şuşa Mədəni-Maarif Texnikumuna dəvət olunub və 1990-cı ilə qədər burada aktyorluq ixtisası və səhnə danışığı fənləri üzrə dərs deyib.
 
1990-cı ildə Şuşa Dövlət Musiqili Dram Teatrı yaradıldıqdan sonra həmin teatrın direktoru təyin edilib və ömrünün sonuna qədər bu vəzifədə çalışıb.
 
2024-cü ilin yanvar ayında sənətkarın orqanizmində xərçəng xəstəliyi aşkarlanıb.
 
Yadigar Muradov sənət və mədəniyyət sahəsindəki xidmətlərinə görə dövlət tərəfindən 2018-ci ildə “Tərəqqi” medalına, 2025-ci ildə isə Prezident Mükafatına layiq görülüb.
Link kopyalandı!
Son xəbərlər