Elektron Təhlükəsizlik Xidməti
Cəmiyyət
200
21:05, Bu gün

Elektron Təhlükəsizlik Xidməti "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edib - FOTO

Son günlər "WhatsApp" vasitəsilə istifadəçilərin hesablarına icazəsiz giriş cəhdləri sürətlə artıb.

Moderator.az xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidmətinin vətəndaşlara müraciətində qeyd olunub.

Bildirilib ki, şübhəli keçidlərə daxil olmaq, tanımadığınız şəxslərdən gələn linklərə klikləmək və təsdiqləmə kodlarını paylaşmaq böyük risk yaradır:

"Heç bir halda SMS və ya "WhatsApp" təsdiqləmə kodlarınızı başqaları ilə bölüşməyin!"

Link kopyalandı!
Son xəbərlər