Rafael İsgəndərov Qurban Qurbanovla bağlı səhnəciyə münasibət bildirib
Cəmiyyət
1087
17:20, Bu gün

Rafael İsgəndərov Qurban Qurbanovla bağlı səhnəciyə münasibət bildirib

"Bu Şəhərdə" kollektivinin 15 noyabrda Heydər Əliyev Sarayında təqdim etdiyi "Ev Dar" konsertində Qurban Qurbanovla bağlı səhnəcik sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Tamaşaçıların bir qismi epizodu satira kimi dəyərləndirsə də, digərləri məşqçi obrazının bu formada təqdim olunmasını məqsədəuyğun hesab etməyib.

Moderator.az xəbər verir ki, mövzuyla bağlı "Qafqazinfo"ya kollektivin üzvü, Əməkdar artist Rafael İsgəndərov danışıb.

O yayılan tənqidlərə münasibət bildirib.

O qeyd edib ki, səhnəcikdə Qurban Qurbanovun şəxsiyyəti təhqir edilməyib:

"Orada Qurban Qurbanovun şəxsiyyəti təhqir olunmayıb. Nə gəldi elə yazırlar, nə yazırlarsa da özlərinə getsin. Orada Azərbaycan futbolundan danışılıb, Qurban Qurbanovun şəxsiyyəti ilə bağlı heç nə yoxdur. Saytlar bir şəkil qoyub camaatı qızışdırmaq üçün başlıq yazırlar. Bizim Qurban Qurbanovla yaxşı münasibətlərimiz var. Onunla bağlı heç bir təhqiredici səhnə yoxdur".

Link kopyalandı!
Son xəbərlər