Əhməd Oruc insult keçirdi: vəziyyəti ağırdır
Cəmiyyət
337
16:15, Bu gün

Əhməd Oruc insult keçirdi: vəziyyəti ağırdır

Azadlıq Partiyasının sabiq sədri Əhməd Oruc insult keçirib.
 
Moderator.az bildirir ki, bu barədə Lent.az-a Əhməd Orucun oğlu Abdul Oruc məlumat verib. 
 
Onun sözlərinə görə, Əhməd Oruc dünən günorta saatlarında ürəyində ağrılarla bağlı  Elmi-Tədqiqat Kardiologiya İnstitutuna həkim qəbuluna gedib. İnstitutda olarkən o, insult keçirib.
 
Oğlu deyib ki, hazırda atasının vəziyyəti ağırdır, reanimasiyadadır.
 
Qeyd edək ki, bir neçə ay əvvəl Əhməd Orucun oğlu Günxan qəfil ölüb.
 
Günxan Oruc işlədiyi şirkətdə yıxılaraq çanaq sümüyündən xəsarət alıb, Mərkəzi Gömrük Hospitalında əməliyyat olunduqdan sonra ona gips qoyulub. 20 gün sonra həkim gipsi açıb və Günxan Oruc şok keçirərək həyatını itirib.
 
Link kopyalandı!
Son xəbərlər