Bakı Hərbi Məhkəməsinə iki hakim ezam olundu
Cəmiyyət
284
15:33, Bu gün

Bakı Hərbi Məhkəməsinə iki hakim ezam olundu

Bakı Hərbi Məhkəməsinə iki hakim ezam olunub.
 
Moderator.az xəbər verir ki, bunlar Lənkəran Şəhər Məhkəməsinin hakimi Murad Aslanov və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Pərviz Muradovdur.
 
Onların Bakı Hərbi Məhkəməsinə ezam olunmasına səbəb məhkəmənin iş yükünün çox olması ilə izah olunur.
 
Qeyd edək ki, son vaxtlar Bakı Hərbi Məhkəməsində bir çox iri həcmli cinayət işlərinə baxılır.
 
Bundan əvvəl Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları da Bakı Hərbi Məhkəməsində mühakimə olunub.
Link kopyalandı!
Son xəbərlər